image-whatsapp-image-2026-05-12-at-23-02-14backend

Sənin sevgin – Bir uşağın uşaqlığına işıqdır”

Gələcək Xeyriyyə Birliyi tərəfindən 1 İyun – Uşaqlar Günü münasibətilə “Sevgi ilə Gələcək quraq” adlı xeyriyyə təşəbbüsü həyata keçiriləcək.

İNFOAZ.MEDİA xəbər verir ki, layihə çərçivəsində valideyn himayəsindən məhrum olan və fiziki məhdudiyyətli uşaqlar,şəhid və aztəminatlı ailələrin uşaqları üçün xüsusi xeyriyyə və əyləncə proqramı təşkil olunacaq.

Bildirilib ki, tədbir restoranlardan birində keçiriləcək və bütün proses əvvəlki illərdə olduğu kimi şəffaf şəkildə təşkilat rəhbərliyinin nəzarəti altında icra ediləcək.

Layihə çərçivəsində aztəminatlı ailələr üçün bayram sovqatlarının təqdim olunması, uşaqlara xüsusi hədiyyələrin verilməsi, həmçinin 12 oğlan uşağının sünnət olunması nəzərdə tutulub.

Qeyd edilib ki, aksiyaya dəstək olmaq istəyən şəxslər üçün ianələr 10–15 AZN məbləğində toplanır.

Təşkilat nümayəndələri vətəndaşları layihəyə dəstək olmağa və təşəbbüsün daha geniş kütləyə çatdırılması üçün paylaşım etməyə çağırıblar.

💳 Kapital Bank 4169 7388 6552 3843
Əlaqə : @aiezhakh

image-whatsapp-image-2026-05-12-at-13-37-20-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki