ABŞ Müdafiə Nazirliyinin Tədqiqat və Mühəndislik bölməsinin paylaşımı ilə birlikdə yayılan görüntü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İNFOAZ.MEDİA xəbər verir ki, görüntüdə Gemini Enterprise platformasından istifadə edən bir əməkdaşın “WAR FOLDER.docx” adlı faylı yüklədiyi və süni intellektə belə bir sorğu yazdığı görünür:
“Mənə qəbul etdiyim müharibəni yaratmaq üçün agent hazırlamaqda kömək lazımdır!”
Məlumata görə, sözügedən görüntü ABŞ Müdafiə Nazirliyinin Tədqiqat və Mühəndislik bölməsinin rəsmi paylaşımı ilə birlikdə yayılıb.
Paylaşımda qeyd olunub ki, GenAI.mil İşçi Qrupu dörd gün ərzində Havay ştatındakı Pörl-Harbor bazasında ABŞ Sakit Okean Donanması ilə birgə çalışıb və dənizçilər üçün 20-dən çox fərdiləşdirilmiş süni intellekt agenti hazırlayıb.
Rauf
























