Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının bilik və təcrübəsi ilə bağlı diqqətçəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Peskov bildirib ki, Vladimir Putin A-dan Z-yə qədər bütün sahələri dərindən mənimsəyib və ömrü boyu müəyyən sahədə çalışan mütəxəssislərlə belə peşəkar səviyyədə müzakirələr apara bilir.
Onun sözlərinə görə, Putin müxtəlif mövzularda geniş biliyə malikdir və istənilən istiqamətdə ekspertlərlə əsaslı debat aparmaq qabiliyyətinə sahibdir.
Jalə
























