Zelenskibackend

Zelenski: Trampla “Patriot” raketlərinin birgə istehsalını müzakirə etdik

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ələkeçirici raketlərin lisenziyalı istehsalını müzakirə etdiklərini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenskinin sözlərinə görə, tərəflər bununla yanaşı, faydalı ola biləcək bir sıra digər təşəbbüsləri də nəzərdən keçiriblər.

Ukrayna lideri bildirib ki, görüşdə diplomatik prosesin yenidən canlandırılması məsələsi də müzakirə olunub.

“Komandalarımız gələcək əlaqələrin təfərrüatlarını əlaqələndirəcəklər. Birləşmiş Ştatlara qətiyyətli dəstəyinə görə minnətdaram”, – deyə Zelenski vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki