ABŞ-ın vitse-prezidenti Cey Di Vens senator Lindsi Qremlə bağlı maraqlı xatirəsini bölüşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens bildirib ki, onlar bir tədbirdən digərinə avtomobillə gedərkən Lindsi Qrem Nümayəndələr Palatasında işlədiyi dövrlə bağlı bir əhvalat danışıb.
Vens həmin əhvalatın məzmununu açıqlaya bilməyəcəyini qeyd edib.
“Əgər onun mənə dediklərini olduğu kimi təkrarlasaydım, siyasi karyeram birdəfəlik başa çatardı. Amma deyə bilərəm ki, o qədər güldüm ki, növbəti tədbirə çatanda qarnım ağrıyırdı və demək olar ki, danışa bilmirdim”, – deyə ABŞ-ın vitse-prezidenti bildirib.
Rauf
























