ABŞ Prezident Administrasiyasının rəsmisi Stiven Miller Meksikadakı vəziyyətlə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Meksikada məhkəmə, siyasi və hüquq sisteminin effektiv işləməməsinin əsas səbəbi ölkə ərazisinin bir hissəsinin terror təşkilatlarının nəzarəti altında olmasıdır.
Miller bildirib ki, həmin silahlı qruplar onlara mane olan şəxsləri öldürür və ya qaçırırlar.
“Bu səbəbdən Meksikada ədliyyə sistemi işləmir, siyasi sistem işləmir və hüquq sistemi də fəaliyyət göstərə bilmir. Çünki ölkə ərazisinin bir hissəsi terror təşkilatlarının nəzarəti və işğalı altındadır. Onlar qarşılarına çıxan hər kəsi ya öldürür, ya da qaçırırlar”, – deyə Stiven Miller vurğulayıb.
Jalə
























