Canni İnfantinobackend

FIFA Dünya Çempionatının payını satmağa hazırlaşır – dəyəri 15 milyard funt sterlinq

FIFA prezidenti Canni İnfantino Dünya Çempionatını idarə edəcək yeni şirkətin 20–30 faizlik payının satılması imkanını nəzərdən keçirir.

İNFOAZ.MEDİA xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, təxminən 15 milyard funt sterlinq dəyərində qiymətləndirilən sövdələşmə çərçivəsində FIFA şirkətdə nəzarət paketini özündə saxlayacaq, milli futbol assosiasiyaları və özəl investorlar isə azlıq payına sahib olacaqlar.

Bildirilir ki, layihə JP Morgan tərəfindən idarə olunur. Plan futbol ictimaiyyətində narahatlıq yaradıb. Belə ki, yeni investorların gəlirləri artırmaq məqsədilə Dünya Çempionatının daha da genişləndirilməsi və ya turnirin daha tez-tez keçirilməsi üçün təzyiq göstərə biləcəyi ehtimal edilir.

Məlumata görə, Canni İnfantino 2031-ci ildə FIFA prezidentliyi başa çatdıqdan sonra yeni yaradılacaq şirkətin komissarı vəzifəsini tuta bilər. İddialara əsasən, o, bu vəzifədə milyonlarla funt sterlinq gəlir əldə edə bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki