image-0b9bea5e-7bfb-4663-b333-0d8aa9b736a2backend

Çin Aİ-nin 14 şirkətinə ixrac məhdudiyyəti tətbiq etdi

Çin Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalara cavab olaraq daha 14 Avropa şirkətini ixrac nəzarəti siyahısına daxil edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərara əsasən, bu şirkətlərə Çin istehsalı olan ikili təyinatlı (həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən) məhsulların ixracı dərhal dayandırılıb.

Məhdudiyyət tətbiq olunan şirkətlər arasında Almaniyanın Rheinmetall müdafiə sənayesi şirkəti və Polşanın Vigo Photonics texnologiya şirkəti də yer alır.

Pekin bu addımı Avropa İttifaqının Rusiyaya qarşı son sanksiyalar paketinə cavab tədbiri kimi qiymətləndirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki