image-1687367487218backend

İsrail naziri: İranın boşluğunu Türkiyə doldurur

İsrailin Diaspor İşləri naziri Amixay Çikli Yaxın Şərqdə geosiyasi balansın dəyişdiyini və İranın təsirinin zəiflədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Çikli İranın bölgədə şiə hegemonluğu üzərində qurulan təsir modelinin artıq mövcud olmadığını iddia edib.

“Artıq Yaxın Şərqdə hegemon kimi çıxış edən İran şiə imperiyası yoxdur. İranın buraxdığı boşluğu getdikcə daha sürətlə Türkiyə doldurur”, – deyə nazir bildirib.

Çikli qeyd edib ki, “Əl-Şam” anlayışı yalnız Suriyanı əhatə etmir, eyni zamanda Livan, İsrail və İordaniyanı da əhatə edir.

O, Türkiyənin Livanda daha fəal addımlar ata biləcəyini istisna etməyib: “Livanda dramatik türk addımlarını görə bilərik və bunu istisna etmirəm”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki