image-maxresdefaultbackend

CENTCOM rəhbəri: “Əsgərlərin paylaşdığı görüntülər İranın hücumları qiymətləndirməsinə kömək edir”

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper amerikalı hərbçilərə xəbərdarlıq edib ki, onların telefonlarından paylaşdıqları foto və videolar İranın hücumlarının effektivliyini qiymətləndirməsinə və növbəti zərbələri planlaşdırmasına kömək edir.

İNFOAZ.MEDİA xəbər verir ki, admiral Bred Kuper hərbçilərlə görüş zamanı bildirib ki, internetdə yayılan görüntülər və mediada dərc olunan materiallar İran tərəfinə döyüş nəticələrinin demək olar ki, real vaxt rejimində qiymətləndirilməsini təmin edə bilər.

Onun sözlərinə görə, bu məlumatları başqa yollarla əldə etmək daha çətin olardı.

Xəbərdarlıq ABŞ-nin İordaniyada yerləşən bəzi hərbçilərinə yaxın zamanda əməliyyat təhlükəsizliyi səbəbindən telefonlarını təhvil verməli ola biləcəklərinin bildirildiyi bir vaxtda gəlib.

Bu qərara səbəb İranın raket və pilotsuz uçuş aparatları ilə Müvəffəq Səlti aviabazasına hücumu zamanı çəkilən görüntülərin internetdə paylaşılması olub. Həmin videolar arasında hərbçilərin sığınacaq axtardığı anları əks etdirən Meta ağıllı eynəkləri ilə çəkilmiş görüntülər də yer alıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki