image-images-21backend

“Uşağım kanalizasiya quyusuna düşəcəkdi”

Suraxanı rayonunda yaşayan sakinlər açıq vəziyyətdə qalan kanalizasiya quyusunun uzun müddətdir təhlükə yaratdığını bildirirlər. Şikayətçilərin sözlərinə görə, artıq 3 ilə yaxındır məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmayıb.

İNFOAZ.MEDİA redaksiyasına daxil olan məlumata görə, sakinlərin iddiasına əsasən, bu gün azyaşlı uşaq pişiyin arxasınca qaçarkən az qala açıq kanalizasiya quyusuna düşəcəkdi. Valideyn bildirir ki, hadisə ciddi təhlükə yaratsa da, son anda qarşısı alınıb.

Şikayətçilər qeyd edirlər ki, ərazidə uşaq bağçası yerləşir və uşaqlar hər gün həmin quyunun ətrafında oynayırlar. Onların sözlərinə görə, məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin məlumatlı olmasına baxmayaraq, indiyədək hər hansı tədbir görülməyib.

Sakinlər aidiyyəti qurumlardan problemin təcili şəkildə aradan qaldırılmasını və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini xahiş edirlər.

Jalə

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki