image-20220716_map504-1backend

Lapid Netanyahunun istefasına çağırdı: “Bu dəli dövr başa çatmalıdır”

İsrail müxalifətinin lideri Yair Lapid ölkəsinin ABŞ ilə ikipartiyalı münasibətlərinin bərpası üçün Baş nazir Benyamin Netanyahunun hakimiyyətdən getməli olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lapid bunun ilk addımının Netanyahu və onun “ekstremist qrupunun” siyasətdən uzaqlaşdırılması olduğunu deyib.

“İsrailin ABŞ-də ikipartiyalı dəstəyini bərpa etməliyik. Bunun ilk addımı aydındır. Benyamin Netanyahu və bizi ölkə daxilində və xaricdə parçalayan ekstremist qrupunu siyasi səhnədən göndərin”, – deyə Lapid bildirib.

O əlavə edib ki, dünya ictimaiyyətinə bunun “dəli bir dövr” olduğunu və artıq başa çatdığını göstərmək lazımdır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki