Əraqçibackend

İran: Ukrayna gəmiyə hücumun təsadüfi olduğunu bildirdi

İranın xarici işlər naziri Abbas Əraqçi Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə danışığından sonra İran gəmisinə edilən hücumla bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçinin sözlərinə görə, Ukrayna tərəfi hücumun qəsdən törədilmədiyini və gərginliyin artmasını istəmədiyini bildirib.

“Ukraynanın xarici işlər naziri mənə İran gəmisinə hücumun qəsdən olmadığını və Ukraynanın vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirdi”, – deyə Əraqçi qeyd edib.

İranlı nazir vurğulayıb ki, Tehran da gərginliyin artmasını istəmir, lakin İran vətəndaşlarına və ya ölkənin maraqlarına qarşı istənilən hücum qəbuledilməzdir.

“Baş vermiş itkilərə görə kompensasiya ödənilməlidir”, – deyə Abbas Əraqçi əlavə edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki