image-5996631771472137686backend

Rumıniya üç Rusiya PUA-sını vurmaq üçün 1,5 milyon avro xərcləyib

Rumıniya son üç gün ərzində hava məkanını pozan üç Rusiya pilotsuz uçuş aparatını (PUA) məhv etmək üçün təxminən 1,5 milyon avro xərcləyib.

İNFOAZ.MEDİA xəbər verir ki, xərclərin böyük hissəsi Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarından buraxılan AIM-9X idarəolunan raketlərin dəyəri ilə bağlıdır.

Rumıniya rəsmiləri mövcud cavab mexanizminin iqtisadi baxımdan çox bahalı olduğunu bildiriblər. Onların sözlərinə görə, daha ucuz və səmərəli antidron sistemlərinin 2027-ci ildən etibarən istifadəyə verilməsi gözlənilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki