image-afp__20260727__c3ax3uy__v1__highres__yemeniranusisraelwartransport-1785216821backend

Husilər Bab əl-Məndəb boğazından keçən gəmilərdən rüsum almağı nəzərdən keçirir

Yəməndəki Husi hərəkatı Bab əl-Məndəb boğazından keçən kommersiya gəmilərinə tranzit rüsumu tətbiq etməyi nəzərdən keçirir.

İNFOAZ.MEDİA xəbər verir ki,  məlumata görə, Çin bayrağı altında üzən gəmilərin bu ödənişlərdən azad ediləcəyi gözlənilir.

Bildirilib ki, bu təklif İran rəsmiləri ilə aparılan müzakirələrdən sonra ortaya çıxıb. Bu addım Husi qrupunun Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq edəcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf edir.

Əgər qərar həyata keçirilərsə, rüsumlar dünyanın ən işlək gəmiçilik marşrutlarından birində əlavə maneələr yaradaraq qlobal ticarətə və enerji bazarlarına təzyiqi artıra bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki