İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə mümkün danışıqlarla bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Qəribabadi son 15 gün ərzində İranın ABŞ-la danışıqlar aparmaq üçün heç bir müraciət etmədiyini bildirib.
“Amerikalılar bizimlə danışıqlar aparmaq istəyiblər. Onlar həmçinin Oman vasitəsilə bizə hərbi əməliyyat keçirməyəcəkləri barədə mesaj göndəriblər”, – deyə İran rəsmisi bildirib.
Qəribabadi qeyd edib ki, Oman Hörmüz boğazının cənub hissəsində minaların təmizlənməsi üçün bir ölkənin prosesə cəlb olunmasını təklif edib, lakin İran buna icazə verməyib.
“Biz buna razılıq vermədik”, – deyə İran xarici işlər nazirinin müavini vurğulayıb.
Rauf
























