ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verərək Tehranın əldə olunan razılaşmalara əməl etmədiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp əvvəlcə məhdudiyyətlərin aradan qaldırıldığını, lakin İranın razılaşmanı pozduğunu və buna görə də tədbirlərin yenidən tətbiq edildiyini deyib.
“Biz blokadanı aradan qaldırdıq, sonra onlar razılaşmanı pozdular və biz də onu yenidən tətbiq etdik. Onlar razılaşmanı pozurlar. Artıq onların razılaşmaları pozmasına imkan verə bilmərik”, – deyə Tramp bildirib.
ABŞ lideri İranla bağlı siyasətdə qarşı tərəfin öhdəliklərə əməl etməsinin əsas şərt olduğunu vurğulayıb.
Rauf
























