image-6001505829208657208backend

Özbəkistan Çin qırıcıları ilə hərbi aviasiyasını yeniləyir

Özbəkistan Hərbi Hava Qüvvələrini modernləşdirmək məqsədilə Çindən 24 ədəd J-10CE çoxməqsədli qırıcı təyyarə almağı planlaşdırır.

İNFOAZ.MEDİA xəbər verir ki,  sövdələşmə baş tutacağı təqdirdə Daşkəndin Rusiya istehsalı olan döyüş təyyarələrindən asılılığı əhəmiyyətli dərəcədə azalacaq.

Məlumata görə, bu razılaşma Çinin Mərkəzi Asiyada hərbi-sənaye nüfuzunu gücləndirəcək və Rusiyanın bölgədə uzun illər davam edən üstün mövqeyini zəiflədə bilər.

Bununla yanaşı, bildirilir ki, Özbəkistan çoxvektorlu xarici siyasət kursunu davam etdirərək Moskva ilə təhlükəsizlik sahəsində əməkdaşlığını da qorumağı planlaşdırır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki