image-cinde-gece-yuzme-yasagini-cignedi-drona-yakalandi_5e98cae3d7_ampbackend

Çində patrul dronu gecə dənizdə üzən şəxsi saxladı

Çinin Çindao şəhərində patrul dronu gecə saatlarında ictimai çimərlikdə üzən şəxsi aşkar edərək müdaxilə edib.

İNFOAZ.MEDİA xəbər verir ki, görüntülərdə dronun şəxsin üzərində dayanaraq güclü işıqla onu izlədiyi görünür.

Dronun səsucaldanı vasitəsilə dəfələrlə həmin şəxsdən sudan çıxması tələb olunub. Bildirilir ki, gecə vaxtı çimərlikdə üzmək təhlükəsizlik qaydalarına zidd olduğu üçün dron nəzarət məqsədilə istifadə edilib.

Hadisə Çində ictimai ərazilərdə texnoloji nəzarət vasitələrinin tətbiqinin artdığını göstərən nümunələrdən biri kimi diqqət çəkib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki