Ərdoğanbackend

Ərdoğan: İraqdan Türkiyəyə gündə 1 milyon barrel neft tədarük edə bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan enerji tədarükünün artırılması ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, İraq Türkiyəyə gündəlik 1 milyon barrel neft təmin edə bilər.

“Bizə dedilər ki, Türkiyəni 1 milyon barrel neftlə təmin edə bilərik. Siz heç kimdən asılı qalmağa ehtiyac duymayacaqsınız”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri bildirib ki, qonşu İraqdan bu həcmdə neft tədarükünün həyata keçirilməsi ilə ölkənin enerji ehtiyaclarının ödənilməsinə töhfə verilə bilər.

“Başqalarına güvənməyə ehtiyac yoxdur. Yanımızda İraq var. İnşallah, buradan 1 milyon barrel nefti ötürdükdən sonra ehtiyaclarımızı qarşılaya biləcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki