image-6003764814502628608backend

Netanyahu Vaşinqtonda Zelenski ilə görüşdən imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona üst-üstə düşən səfərləri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Ukrayna mənbəsinin məlumatına görə, əvvəlcə Netanyahu administrasiyası görüş keçirməyi təklif etsə də, sonradan qrafikdə yaranan məhdudiyyətləri əsas gətirərək onu ləğv edib.

Başqa bir mənbə isə bildirib ki, görüş təşəbbüsü əslində Zelenskinin ofisindən gəlib və bu müraciətə heç bir cavab verilməyib.

Bununla yanaşı, hər iki lider ABŞ Prezidenti Donald Trampla ayrı-ayrılıqda görüşüb və senator Lindsi Qrehemin dəfn mərasimində iştirak edib. Mərasim zamanı Netanyahu ilə Zelenskinin qısa müddət söhbət etdiyi müşahidə olunub.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki