İspaniyanın Baş naziri Pedro Sançez iqlim dəyişikliyi ilə bağlı açıqlama verərək siyasi qüvvələri elmi faktlara hörmət etməyə çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Sançez bildirib ki, muxtar icmalar, hökumətlər və siyasi partiyalar elmi sübutları inkar etməməli və elmin tərəfində dayanmalıdır.
“Məni çox kədərləndirir ki, siyasi liderlər və dövlət qurumlarının nümayəndələri saxta məlumatların və dezinformasiyanın yayılmasında iştirak edirlər. Çünki aydındır ki, Meşə Qanunu onların iddia etdiyi məsələlərin qarşısını almır”, – deyə İspaniya hökumət başçısı bildirib.
Sançez iqlim siyasəti və ekoloji məsələlərdə qərarların elmi əsaslara söykənməsinin vacibliyini vurğulayıb.
Rauf
























