Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkənin keçmiş baş naziri Aleksis Tsiprasın Türkiyəyə F-35 qırıcılarının satılması ilə bağlı tənqidlərinə sərt cavab verib.
İNFOAZ.MEDİA xəbər verir ki, jurnalistin “Tsipras deyib ki, əgər türklər F-35-ləri alsalar, bu, milli məğlubiyyət olacaq” sualına cavab verən Mitsotakis bildirib ki, Tsipras hakimiyyətdə olduğu dövrdə də Türkiyə F-35 proqramında iştirak edirdi.
“Bu, hakimiyyətdə olduğu vaxt Türkiyənin F-35 aldığı həmin Tsiprasdır. O zaman onun bu barədə bir kəlmə dediyini xatırlamıram”, – deyə Baş nazir bildirib.
Mitsotakis sözlərini istehzalı şəkildə davam etdirərək əlavə edib: “Söhbət eyni Tsiprasdan gedir, yoxsa onun hansısa qohumundan – əkiz qardaşından?”
Rauf
























