ABŞ Senatında hər iki partiyanı təmsil edən senatorlar Rusiyanın enerji resurslarının əsas alıcılarına və İrana qarşı daha sərt sanksiyaların tətbiqinə imkan verən qanun layihəsi üzrə razılığa gəliblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Bloombergin məlumatına görə, qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiyanın enerji ixracının əsas alıcılarına və İrana qarşı daha sərt məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verəcək.
Bildirilir ki, Donald Tramp qanun layihəsini dəstəkləyir. Senatın sənəd üzrə ilk prosedur səsverməni çərşənbə axşamı keçirməsi gözlənilir.
Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Rusiyanın enerji ixracı ilə əməkdaşlıq edən ölkələrə qarşı iqtisadi təzyiqlərin artırılması mümkün olacaq.
Rauf
























