image-6003764814502628572backend

Çin ilk dəfə YJ-20 hipersəs gəmiəleyhinə raketinin buraxılış görüntülərini yayıb

Çin ilk dəfə YJ-20 hipersəs gəmiəleyhinə ballistik raketinin Type 052D sinifli esminesdən buraxılışını əks etdirən görüntüləri yayımlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,  hərbi ekspertlərin qiymətləndirməsinə əsasən, YJ-20 raketi Mach 6-dan (səs sürətinin altı qatından) artıq sürətlə uçur, hədəfə yaxınlaşarkən isə sürəti Mach 10-a çata bilir.

Məlumata görə, raketin uçuş məsafəsi 1000–1500 kilometr arasında dəyişir. YJ-20 əsasən ABŞ-ın aviadaşıyıcıları kimi iri suüstü döyüş gəmilərini məhv etmək üçün hazırlanıb.

Bildirilir ki, Type 055 sinifli esmineslərlə birlikdə nəzərə alındıqda, Çin artıq 40-dan çox döyüş gəmisini hipersəs gəmiəleyhinə raketlərlə təchiz etmək imkanına malikdir. Bu isə Pekinin dənizdə uzaqmənzilli zərbə potensialını əhəmiyyətli dərəcədə artırır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki