image-130123192303-yair-lapidbackend

Lapid: İran rejimini devirməyin yeganə yolu enerji obyektlərini vurmaqdır

İsrail müxalifətinin lideri Yair Lapid İranın enerji infrastrukturuna zərbələr endirilməsinin Tehrandakı hakimiyyətin zəiflədilməsi üçün yeganə effektiv yol olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lapid bu mövqeni 2024-cü ilin aprel ayından etibarən müdafiə etdiyini deyib.

“İsrailin və ya müttəfiqlərin etməli olduğu şey bütün enerji obyektlərini bombalamaqdır ki, İran iqtisadiyyatı tamamilə məhv edilsin. Rejimi devirməyin yeganə yolu budur”, – deyə o bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki