image-6001505829208657220backend

SpaceX orbitdə süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

SpaceX aşağı Yer orbitinə 1 milyona qədər peyk buraxaraq günəş enerjisi ilə işləyən kosmik süni intellekt məlumat mərkəzi yaratmağı təklif edib.

İNFOAZ.MEDİA xəbər verir ki, şirkət orbitdə yerləşən hesablama infrastrukturunun gələcəkdə Yer üzərindəki məlumat emalı mərkəzlərindən daha ucuz başa gələ biləcəyini iddia edir.

Lakin astronomlar bu layihənin ciddi narahatlıq doğurduğunu bildirirlər. Onların fikrincə, orbitə bu qədər peykin çıxarılması kosmosda toqquşma riskini əhəmiyyətli dərəcədə artıra, həmçinin istifadə oluna bilən orbital məkan üzərində bir şirkətin dominant mövqe qazanmasına səbəb ola bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki