İyunun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə rəsmilər, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Sabir Rüstəmxanlıya təbriklərini çatdırıblar və onun ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıblar. Bildiriblər ki, Sabir Rüstəmxanlı uzun illər ərzində zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib, ictimai-siyasi fəaliyyəti ilə ölkənin həyatında yaxından iştirak edib. Onun dünya azərbaycanlılarının həmrəyliyi və milli birlik ideyalarının təbliğində mühüm rol oynadığını qeyd ediblər.
Gecədə Xalq şairinin şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib.
Jalə
Посмотреть эту публикацию в Instagram






























