image-140122184610-aman-dmitry-medvedevbackend

Medvedev: Rusiyada səfərbərlik olmayacaq

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkədə yeni səfərbərlik hazırlığı ilə bağlı yayılan məlumatları təkzib edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Medvedev bu iddiaların “düşmənin təxribatı” olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyada səfərbərliyə hazırlıq barədə yayılan məlumatlar qarşıdan gələn seçkilər öncəsi aparılan təbliğatın tərkib hissəsidir və məqsəd ölkədə vəziyyəti sabitsizləşdirmək, cəmiyyətdə mənfi əhval-ruhiyyə yaratmaqdır.

“Bir daha xüsusi vurğulayıram: səfərbərliyə ehtiyac yoxdur. Bu, düşmənin yalanıdır. Əksinə, insan resursu çatışmazlığını yaşayan onlardır. Onların döyüşəcək adamı yoxdur. Vətəndaşlarını küçələrdən tutub, döyür və avtobuslara doldururlar”, – deyə Medvedev bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki