Azərbaycanda gənc zərgərlər arasında seçilən sənətkarlardan biri olan Əmrah Əhmədli (Emrah ZG) artıq 6 ildən çoxdur zərgərlik sahəsində fəaliyyət göstərir. O, əsasən 925 əyarlı gümüş və qızıldan hazırlanan əl işi zinət əşyalarının hazırlanması ilə məşğuldur.
“Emrah ZG” fəaliyyəti boyunca müxtəlif növ zəncirlər, bilərziklər, üzüklər, boyunbağılar və digər eksklüziv zərgərlik məmulatları hazırlayıb. Məhsulların hazırlanma prosesini və yeni modelləri mütəmadi olaraq TikTok sosial şəbəkəsində paylaşır.
Hazırda @amrah.ahmadli TikTok hesabını 5 mindən çox izləyici izləyir. Videoları ümumilikdə 156 mindən çox bəyənmə qazanıb və bəzi paylaşımları yüz minlərlə baxış toplayaraq geniş auditoriyanın marağına səbəb olub.
Əmrahın əsas məqsədi Azərbaycan zərgərlik sənətini daha geniş auditoriyaya tanıtmaq, əl işi məhsulların keyfiyyətini nümayiş etdirmək və gələcəkdə fəaliyyətini beynəlxalq səviyyədə inkişaf etdirməkdir.
O bildirir ki, keyfiyyətli məhsul, dürüst xidmət və müştəri məmnuniyyəti onun əsas prinsipləridir. Gənc zərgər gələcəkdə həm yerli, həm də xarici bazarda Azərbaycan zərgərlik sənətini layiqincə təmsil etməyi hədəfləyir.
Əlaqə:
050 380 63 54 Whatsapp
010 711 24 11 Zəng
Tiktok – https://www.tiktok.com/@amrah.ahmadli?_r=1&_t=ZS-97rftMBnM8N
İnstagram – https://www.instagram.com/emrah_zerger/?locale=ru&hl=en



























