image-6001174601330789749backend

Apple tarixdə ikinci şirkət oldu: Bazar dəyəri 5 trilyon dolları keçdi

ABŞ texnologiya nəhəngi Apple ilk dəfə olaraq bazar kapitallaşmasını 5 trilyon dollar həddinə çatdırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bununla da Apple dünyada bu göstəriciyə çatan ikinci şirkət olub.

Şirkət bu rekordla daha əvvəl 5 trilyon dollarlıq bazar dəyərinə çatan Nvidia şirkətinə qoşulub.

Apple-ın rekord göstəricisi investorların şirkətin süni intellekt, cihaz ekosistemi və gələcək texnoloji layihələrinə olan marağının artması fonunda qeydə alınıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki