image-d846d72cdc531f598a40a129d1269057backend

İsrail naziri: Türkiyə Suriyada hərbi təsirini genişləndirir

İsrailin Diaspor İşləri naziri Amixay Çikli Türkiyənin Suriyadakı təsirinin artdığını iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Çikli Türkiyə ilə Suriyanı bir-birindən ayırmağın və ya aralarında bufer zona yaratmağın mümkün olmadığını bildirib.

“Əl-Şaraa qüvvələrinin istifadə etdiyi silahlar Türkiyə istehsalıdır. Türkiyə generalları artıq Suriya ordusunun daxilindədir”, – deyə nazir iddia edib.

Çikli həmçinin Türkiyənin Suriyada hərbi bazalarının qurulduğunu və Türkiyə hərbi gəmilərinin artıq Tartus limanında yerləşdiyini bildirib.

Onun sözlərinə görə, bölgədə baş verən proseslər Türkiyənin Suriyadakı rolunun artdığını göstərir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki