Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş Rafale qırıcı pilotu və tanınmış yutuber Pyer-Anri Şüe Çinlə əlaqəli hərbi təlimlər keçməsi və həssas müdafiə məlumatlarını ötürməkdə şübhəli bilinməsi səbəbindən Fransada rəsmi istintaqa cəlb olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, istintaq çərçivəsində Şüenin Çinlə əlaqəli hərbi təlim fəaliyyətlərində iştirak etdiyi və bu zaman Fransanın müdafiə sahəsinə aid həssas bilikləri ötürmüş ola biləcəyi araşdırılır. Fransa hüquq-mühafizə orqanları iddiaların milli təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıdığını bildirir.
Jalə
























