image-ap_69c624893ba31-1774593161backend

Lapid: İsraili tənqid edən hər kəs antisemit deyil

İsrail müxalifətinin lideri Yair Lapid ölkəsinin beynəlxalq münasibətləri və müttəfiqlərlə dialoq siyasəti ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Lapid bildirib ki, İsrailin dost ölkələrindən gələn tənqidlərə qulaq asmaq və dialoqa açıq olmaq lazımdır.

“Dünyadakı dostlarınız sizi tənqid edirsə, onları dinləyin və dialoqa girin. Sizi tənqid edən hər kəs antisemit deyil, baxmayaraq ki, bəziləri həqiqətən belədir”, – deyə Lapid bildirib.

O qeyd edib ki, narazı qaldığı hər kəslə münasibətləri kəsmək ölkəni təcrid vəziyyətinə sala bilər.

“Amerikalı liderlərə qarşı rəqəmsal təsir əməliyyatlarını heç vaxt maliyyələşdirməyin”, – deyə İsrail müxalifət lideri vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki