ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi sahədə süni intellekt texnologiyalarının inkişafı üçün yeni əməkdaşlığa başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər Task Force Talon Synapse adlı ilk ikitərəfli hərbi süni intellekt qrupunu yaradacaqlar.
Məlumata görə, Əbu-Dabidə fəaliyyət göstərəcək 20 nəfərlik komanda kəşfiyyat, kritik infrastrukturun qorunması və regional təhlükəsizliyin gücləndirilməsi üçün süni intellekt həlləri üzərində çalışacaq.
Layihə ABŞ və BƏƏ arasında müdafiə və texnoloji əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir.
Rauf
























