İsveç hökuməti Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumunu düzgün qiymətləndirə bilməyən hərbi kəşfiyyatın fəaliyyətindən sonra yeni mülki xarici kəşfiyyat agentliyi yaratmaq qərarına gəlib.
İNFOAZ.MEDİA xəbər verir ki, UND adlanacaq yeni qurum Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6 modeli əsasında fəaliyyət göstərəcək.
Məlumata görə, agentlik əsasən siyasi və strateji kəşfiyyat məlumatlarının toplanması və təhlili ilə məşğul olacaq.
Qeyd olunur ki, bu addım Avropada təhlükəsizlik risklərinin artması və ABŞ-nin gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənlik fonunda ölkələrin müstəqil kəşfiyyat imkanlarını gücləndirmək istiqamətində atdığı daha geniş addımların tərkib hissəsidir.
Rauf
























