image-6003764814502628570backend

ABŞ Müdafiə Nazirliyinin sənədləri: İranla müharibənin ilk mərhələsində 400-dən çox hərbçi zərər çəkib

ABŞ Müdafiə Nazirliyinin yeni əldə olunan sənədləri İranla müharibənin ilk mərhələsində ABŞ Silahlı Qüvvələrinin azı 400 itki verdiyini, onlardan 17 nəfərinin isə həyati təhlükə yaradan xəsarətlər aldığını göstərir.

İNFOAZ.MEDİA xəbər verir ki, ən böyük itkilər ABŞ Quru Qoşunlarının payına düşüb. Məlumata görə, 270-dən çox hərbçi zərər çəkib. Onların arasında 64 zabit, iki general və şəxsi heyətin təxminən üçdə birini təşkil edən ehtiyatda olan hərbçilər də var.

Sənədlərə əsasən, ən geniş yayılmış xəsarət növü baş travmaları olub. Azı 170 hərbçinin bu cür xəsarət aldığı bildirilir.

Məlumata görə, martın 1-də İranın pilotsuz uçuş aparatının Küveytin Şüeybə (Port Shuaiba) limanındakı əməliyyat mərkəzinə endirdiyi zərbə nəticəsində altı ABŞ hərbçisi həlak olub. Bu hadisə müharibə dövründə ABŞ üçün ən ölümcül hücum kimi qiymətləndirilir.

Yaralanan iki general – Brigada generalı Klint Barns və general-mayor Bred Hinson sonradan kəşfiyyatın xəbərdarlıqlarını nəzərə almamaqda tənqid olunublar.

Sənədlərdə həmçinin qeyd olunur ki, 3 martda 29, 18 martda isə 70 nəfərin zərər çəkdiyi iki böyük hadisə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən ictimaiyyətə açıqlanmayıb. Bildirilir ki, CENTCOM yalnız aylıq ümumi göstəriciləri dərc etməyə davam edir.

Məlumatda əlavə olunur ki, Donald Trampın iyulun 8-də atəşkəsi dayandırmasından sonra daha 200-dən çox əlavə itki və dörd yeni ölüm faktı qeydə alınıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki