image-6003764814502628543backend

Venesuela İran səfirini XİN-ə çağırdı – rəsmi etiraz təqdim edildi

Venesuela Xarici İşlər Nazirliyi İranın ölkədəki səfiri Əli Çegini Xarici İşlər Nazirliyinə çağıraraq ona Venesuela dövlət qurumları və hakimiyyəti ilə bağlı səsləndirilən “təhqiredici və yolverilməz” fikirlərə görə rəsmi etiraz notası təqdim edib.

İNFOAZ.MEDİA xəbər verir ki, narazılığa səbəb İranın xarici işlər naziri Abbas Əraqçinin Mehr News agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər olub.

Əraqçi müsahibəsində belə deyib:

“Bura Venesuela deyil ki, bir nəfəri aparsınlar və qalanların hamısı qorxub geri çəkilsin.”

Venesuela hakimiyyəti bu ifadələrin ölkənin dövlət institutlarına və rəsmi orqanlarına qarşı hörmətsizlik olduğunu bildirərək, İran tərəfinə rəsmi etirazını çatdırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki