Səudiyyə Ərəbistanının Al Arabiya telekanalının anonim İsrail Ordusu (IDF) mənbəsinə istinadən yaydığı məlumata görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrailin müdafiə naziri İsrail Katzın açıqlamasından narazı qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail Katz ABŞ hərbi təyyarələrinin İrana qarşı zərbələri İsrail ərazisindən endirdiyini ictimai şəkildə açıqlayıb.
Məlumata əsasən, bu açıqlama həssas əməliyyat detallarının üzə çıxmasına səbəb olub.
Bildirilir ki, bundan sonra İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyəl Zamir CENTCOM-un komandanı Brad Kuperdən üzr istəyib. Eyni zamanda, İsrail mümkün riskləri nəzərə alaraq ölkədə təhlükəsizlik hazırlığı səviyyəsini artırıb.
Rauf
























