image-zelenski-yenibackend

Zelenski Trampdan təcili “qış paketi” istədi: “Patriot” raketlərimiz tükənmək üzrədir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərdən ibarət təcili “qış paketi” istəyib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski Axios nəşrinə müsahibəsində Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarının demək olar ki, tükəndiyini bildirib.

Onun sözlərinə görə, əlavə raketlər verilməyəcəyi təqdirdə Rusiya bu qış Ukraynanın enerji infrastrukturuna ciddi zərbələr endirə bilər və nəticədə milyonlarla insan istiliksiz qala bilər.

“Bizə ‘Patriot’ raketləri dünən lazım idi”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, ölkəsinin qış mövsümünə qədər təxminən 300 ədəd “Patriot” raketinə ehtiyacı var.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki