ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hava əməliyyatı planlarını müvəqqəti olaraq dayandırdığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu qərar Vaşinqtonun diplomatik səylərə üstünlük verməsi və ABŞ-ın hava hücumundan müdafiə raket ehtiyatlarının azalması ilə bağlı narahatlıqları qiymətləndirməsi fonunda qəbul edilib.
Məlumata əsasən, ABŞ ordusu iki həftəyədək davam edə biləcək hava zərbələri planı hazırlasa da, əməliyyat təxirə salınıb.
Qəzet yazır ki, hərbi rəhbərlik arasında “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin ehtiyatının azalmasının ciddi risk yaradıb-yaratmadığı ilə bağlı fikir ayrılığı mövcuddur.
Bununla yanaşı, Donald Tramp ABŞ-ın döyüş sursatı ehtiyatlarının kifayət qədər olduğunu və ölkənin hərbi imkanlarının bu baxımdan yetərli səviyyədə qaldığını bildirib.
Jalə
























