İran parlamentinin yüksəkvəzifəli üzvü İbrahim Əzizi ABŞ, İsrail və Ukraynaya ünvanlanan sərt açıqlama ilə çıxış edib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, İrana qarşı istənilən hücumun həmişə bir bədəli olur və bu reallıq bu gün də dəyişməyib. Əzizinin sözlərinə görə, həm ABŞ, həm də İsrail bunun fərqindədir.
İranlı deputat həmçinin Ukraynaya da xəbərdarlıq edərək qeyd edib ki, Tehran heç bir addımı cavabsız qoymur və Kiyev də bunu tezliklə anlaya bilər.
“İran heç vaxt ona qarşı atılan addımları cavabsız buraxmır. Yanlış hesablamalar edənlərin siyahısı isə getdikcə artır”, – deyə İbrahim Əzizi vurğulayıb.
Jalə
























