Suriya Prezidenti Əhməd əl-Şaraa ölkənin gələcək inkişafı ilə bağlı nikbin mesaj verərək milli dirçəliş prosesinin zaman tələb etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, prezidentin sözlərinə görə, təbii inkişaf prosesində bir ölkənin tam dirçəlişinin nəticələrinin görünməsi adətən 20-25 il vaxt aparır.
Əl-Şaraa qeyd edib ki, bu gün inkişaf nümunəsi kimi göstərilən Sinqapur, Ruanda, Türkiyə və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr də uğurlarını qısa müddətdə deyil, uzun illər ərzində əldə ediblər.
Bununla belə, o vurğulayıb ki, bu, Suriyada dəyişiklikləri görmək üçün 20 il gözləmək lazım olduğu anlamına gəlmir.
“Əsas məsələ inkişaf istiqamətinin düzgün olmasıdır. Tərəqqi mərhələli şəkildə hiss edilməlidir. Hər ay yeni nəticələr, hər iki aydan bir yeni uğurlar əldə olunmalıdır. Bu nailiyyətlər zamanla toplanacaq və ölkəni yeni mərhələyə çıxaracaq”, – deyə Suriya Prezidenti bildirib.
Əhməd əl-Şaraa əlavə edib ki, gələcəkdə Suriya bu gün uğurlu hesab olunan bir çox ölkə ilə müqayisə edilə, hətta bəzi sahələrdə onları geridə qoya bilər.
Rauf
























