ABŞ zabitibackend

ABŞ kəşfiyyatı İranın yeni ali liderinin nüvə silahına daha meyilli olduğunu düşünür

ABŞ kəşfiyyat qurumları hesab edir ki, İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei nüvə silahı əldə etmək məsələsində atası Əli Xameneidən daha açıq mövqe nümayiş etdirə bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, The New York Timesın (NYT) məlumatına görə, İran hələlik nüvə proqramını yenidən aktivləşdirməyib. Bununla belə, ABŞ rəsmiləri yeni rəhbərliyin ölkənin qabaqcıl nüvə imkanlarını inkişaf etdirməyə daha müsbət yanaşdığını düşünür.

Qəzetin yazdığına görə, ABŞ kəşfiyyatının qiymətləndirməsi İranın nüvə proqramını bərpa etdiyini deyil, yeni rəhbərliyin gələcəkdə bu istiqamətdə qərarlar qəbul etməyə əvvəlki dövrlə müqayisədə daha meyilli ola biləcəyini göstərir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki