Suriya Prezidenti Əhməd əl-Şaraa Livandakı vəziyyətlə bağlı açıqlama verərək ölkəsinin hərbi müdaxilə planlaşdırmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, prezidentin sözlərinə görə, Suriyanın məqsədi Livana müdaxilə etmək deyil, ona dəstək göstərməkdir.
“Biz hərbi müdaxiləni nəzərdən keçirmirik. Əksinə, Livana kömək etməyə çalışırıq”, – deyə Əhməd əl-Şaraa bildirib.
O əlavə edib ki, Suriyanın Livana təklif edə biləcəyi bir sıra imkanlar var və bu imkanlar Livan dövlətinin ixtiyarına verilir. Şaraanın sözlərinə görə, Beyrut bu imkanlardan öz ehtiyaclarına uyğun şəkildə istifadə edə bilər.
Jalə
























