ABŞ senatoru Lindsi Qremin mart ayının əvvəlində İranla bağlı verdiyi proqnozun özünü doğrultmadığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, Qrem həmin vaxt İran hakimiyyətinin “üç-dörd həftə ərzində” ölkənin müxtəlif şəhərlərinə nəzarəti itirməyə başlayacağını iddia etmişdi. O, həmçinin ərəb ölkələrinin prosesə daha fəal qoşulmasının vəziyyətdə “demək olar ki, geri dönüşü olmayan dinamika” yaradacağını söyləmişdi.
Lakin sonrakı hadisələr senatorun bu proqnozunu təsdiqləməyib və gözlənilən ssenari baş verməyib.
Rauf
























