Lindsi Qrem trampbackend

Netanyahu Lindsi Qremi Hizbullaha qarşı hücum planından daşındırıb

ABŞ senatoru Lindsi Qremin mart ayının əvvəlində Donald Trampla görüşmək üçün Floridaya gedərək İsrailə Hizbullaha qarşı hərbi əməliyyatlarda dəstək verməyə çağırmağı planlaşdırdığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, lakin səfərdən əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qremə münaqişənin genişləndirilməsinin əleyhinə olduğunu bildirib.

Məlumata görə, Netanyahu İsrailin əsas diqqətini İrana yönəltdiyini vurğulayaraq, Hizbullaha qarşı genişmiqyaslı hücumun regionda daha böyük müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

“Hazırda diqqətimizi İrana yönəltmişik”, – deyə Netanyahu bildirib.

Lindsi Qrem isə buna cavab olaraq Netanyahunun mövqeyini dəstəkləyib və “Bu, həqiqətən də düzgün məsləhətdir”, – ifadəsini işlədib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki