image-trampbackend

Tramp: “Hazırda İranla danışıqlar aparırıq”

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlamasında Vaşinqtonun Tehranla danışıqları davam etdirdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, İran zaman-zaman razılaşma istəmədiyini bəyan etsə də, bunun sərt mövqe nümayiş etdirmək cəhdi olduğunu düşünür.

“Onlar razılaşmaq istəyirlər. Bəzən isə razılaşmaq istəmədiklərini deyirlər, çünki sərt görünmək istəyirlər”, – deyə Tramp bildirib.

ABŞ prezidenti vurğulayıb ki, İran məsələsində iki yol mövcuddur: hərbi variant və diplomatik həll.

“İki seçim var: ya onları hissə-hissə məhv edə bilərik, ya da onlarla danışıqlar apara bilərik. Hazırda etdiyimiz də budur”, – deyə o qeyd edib.

Donald Tramp əlavə edib ki, ABŞ və İran arasında təmaslar davam edir.

“Biz danışdığımız bu anda belə onlarla danışıqlar aparırıq”, – deyə Tramp bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki