Çexiyanın Baş naziri Andrey Babişbackend

Çexiyanın Baş naziri: “Orban 10 il əvvəl haqlı idi”

Çexiyanın Baş naziri Andrey Babiş Macarıstanın Baş naziri Viktor Orbanın miqrasiya siyasətini müdafiə edən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Babiş bildirib ki, 2016-cı ildə Viktor Orban Budapeştdə sərhəd hasarı tikdirəndə Avropanın bir çox ölkəsi onu sərt tənqid edirdi.

“2016-cı ildə Viktor Orban Budapeştdə hasar tikəndə hamı onu tənqid edirdi. Ancaq 10 ildən sonra Avropa ayıldı”, – deyə Babiş qeyd edib.

Çexiyanın Baş naziri əlavə edib ki, hazırda Avropa miqrasiya problemi ilə məşğul olur və qəbul edilən addımlar əslində Orbanın illər əvvəl irəli sürdüyü yanaşmanın doğru olduğunu təsdiqləyir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki