Əhməd əş-Şaraa: “Suriya alternativ təhlükəsiz marşrut rolunu oynaya bilər”backend

Suriya Prezidenti: “SDQ ilə kürd xalqını eyniləşdirmək olmaz”

Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədəki kürd icması və Suriya Demokratik Qüvvələri (SDQ) ilə bağlı mühüm açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, SDQ ilə kürd xalqını bir-birindən fərqləndirmək lazımdır. Prezidentin sözlərinə görə, kürdlər Suriyanın müxtəlif bölgələrində yaşayan böyük bir icmadır və yalnız müəyyən bir ərazi ilə məhdudlaşmırlar.

Əl-Şaraa qeyd edib ki, əvvəlki hakimiyyət dövründə kürdlərin bir hissəsi Suriya vətəndaşlığından məhrum edilmişdi. Onun sözlərinə görə, yeni rəhbərlik bu problemi həll etməkdə qərarlı olub və bunun üçün vətəndaşlıq hüquqlarının verilməsini nəzərdə tutan fərman imzalanıb. Nəticədə çox sayda kürd artıq Suriya vətəndaşlığı alıb.

Prezident əlavə edib ki, kürdlərin mədəni hüquqları da tanınıb və onların milli bayramı rəsmi şəkildə Suriyada dövlət bayramı kimi qəbul edilib.

Əhməd əl-Şaraa vurğulayıb ki, bəzi dairələr SDQ məsələsini kürd məsələsi ilə əlaqələndirməyə çalışsalar da, hökumət bu iki mövzunu bir-birindən ayırmağa nail olub. O, tərəflər arasında bir neçə dəfə razılaşmaların imzalandığını, son razılaşmada isə öhdəliklərin icrasının daha qəti şəkildə həyata keçirildiyini bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki